Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daha yaxşı təhsil, peşəkar kadrlar...

.

31.01.2024 12:05
15
A+
A-

Regionlarımızda, hətta ucqar kəndlərimizdə belə, vətəndaşlarımızın yüksək təhsilə əlçatanlığının təmin olunmasına, gənclərimizin daha yaxşı təhsil almalarına və peşəkar kadrlar kimi yetişmələrinə ciddi dövlət dəstəyi göstərilir. Bu siyasətin nəticəsidir ki, azərbaycanlı tələbələrin dünyanın aparıcı universitetlərində təhsil almaları və peşəkar kadrlar kimi ölkəmizə qayıdaraq işlə təmin olunmalarını əhatə edən, xaricdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı dövlət proqramları qəbul edilib. Həmin dövlət proqramları çərçivəsində minlərlə Azərbaycan gənci dünyanın müxtəlif yerlərində yerləşən nüfuzlu universitetlərdə təhsillərini davam etdirmək imkanları qazanıblar. Diqqətəlayiq haldır ki, belə dövlət proqramlarından bəhrələnənlər arasında bölgələri təmsil edən gənclərimiz əhəmiyyətli paya sahibdirlər.

Bundan başqa, regionlarda gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların pis vərdişlərdən uzaqlaşması məqsədilə idman məktəblərinin yaradılması, idmana cəlb edilərək sağlam gələcəklərinin təmin edilməsi də Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olub. Belə ki, təsis edilən ayrı-ayrı idman məktəbləri, məşq və toplantı mərkəzləri ilə yanaşı, ötən dövrdə bölgələrimizdə 41 Olimpiya İdman Kompleksi gənclərin istifadəsinə verilib.

Texnoloji inkişaf, təhsil və əlbəttə ki, beynəlxalq təmaslar və aparıcı IT şirkətləri ilə əməkdaşlıq Texnoloji İnkişaf Mərkəzi kimi özünü təqdim etmək üçün Azərbaycanın gələcəyidir.

Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizmini formalaşdırıb. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: