Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Daha bir qaziyə dəstək göstərilib

Qəbul zamanı qazi Əli Əlisoyun müraciəti dinlənilib.

21.02.2024 21:55
7
A+
A-

Fevralın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramovu və Birliyin sədr müavini Əli Əlisoyu qəbul edib.

Qəbul zamanı qazi Əli Əlisoyun müraciəti dinlənilib.

Şura sədrinin tapşırığı ilə qazinin səkkiz cərrahi əməliyyatdan sonrakı vəziyyətdə hər iki diz və çanaq oynaqlarında yaranmış kəskin kontraktura və bitişməmiş bud sümüyü xəstəliyinin Bakı şəhərində müalicəsinin davam etdirilməsi üçün gediş-gəlişinin təmin edilməsi məqsədilə Şuranın hesabından 500 manat məbləğində maddi yardım edilib.

Qəbulda “Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri Ceyhun Bayramov və Birliyin sədr müavini Əli Əlisoy qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

AHİK sədrinin müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası hər zaman şəhid ailələri və qazilərin yanında olub və onların problemlərinin həlli istiqamətində müvafiq addımlar atılır. O, vurğulayıb ki, yaxın gələcəkdə Şura tərəfindən qazilərlə bağlı yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

 

ETİKETLƏR: