Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İndustriAll Avropa-nın yeni rəhbərliyi

Onun rəhbərliyi altında İndustriAll Avropa qitədə işçilərin və sənayenin güclü səsi olmaqda davam edəcək.

21.02.2024 22:33
6
A+
A-

Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) Cudit Kirton-Darlinqi İndustriAll Avropa-nın Baş katibi, İzabel Barteni isə Baş katibin müavini vəzifəsinə təyin olunması münasibətilə təbrik edir.

İndustriAll Avropa İcraiyyə Komitəsi onu 2025-ci ilin mayına qədər cari mandat müddətinin sonuna kimi təşkilata Baş katib vəzifəsinə təsdiq edib.

Əvvəllər ETUC-un katibi vəzifəsini icra edən Cudit Kirton-Darlinq özünün liderliyini və bacarıqlarını Avropanın 39 ölkəsində 200 həmkarlar ittifaqı təşkilatında birləşmiş 7 milyon işçi kişi və qadını təmsil edən Avropa Həmkarlar İttifaqları Federasiyasının xidmətinə təqdim edəcəkdir.

Onun rəhbərliyi altında İndustriAll Avropa qitədə işçilərin və sənayenin güclü səsi olmaqda davam edəcək.

İndustriAll Avropa metal, kimya, enerji, mədənçıxarma, tekstil, geyim, ayaqqabı və əlaqəli sənayelərdə fiziki və qeyri-fiziki işçiləri təmsil edən müstəqil və demokratik həmkarlar ittifaqları federasiyasıdır.

İndustriAll Avropa Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvü və IndustriALL Qlobal İttifaqının tərəfdaşıdır.

Cudit Kirton-Darlinq bildirib ki, Avropanın iqtisadi idarəetmə qaydalarının islahatı dövlət xidmətlərinin keyfiyyətini təhdid edir və Avropanın sənaye ambisiyalarını sarsıdır. İndustriAll Avropa-nın Baş katibi və     EPSU-nun Baş katibi Avropanın yaşıl sənaye ambisiyalarına nail olmaqda dövlət xidmətlərinin kritik rolu haqqında yazırlar. Onlar yeni qənaət tədbirlərinə qarşı çıxır və sosial hüquqları, yaşıl sövdələşməni, sənaye və ictimai xidmətlərdə yaxşı iş yerlərini qorumaq üçün ədalətli investisiya tələb edirlər. Sərt qənaət rejiminə qayıdış dövlət xidmətlərini, sənaye bazasını sarsıdacaq və daha böyük avroskeptisizmə gətirib çıxaracaq.

ETİKETLƏR: