Üç bürünc medal qazanıblar
Onlar bu yarışa məşqçi-müəllim Ü.Qurbanovun rəhbərliyi altında hazırlaşıblar.
Yanvarın 29-dan fevralın 3-dək Qazaxıstan Respublikasının Manqistaus vilayətinin Janaözen şəhərində sərbəst güləş idman növü üzrə X Beynəlxalq Respublika turniri keçirilib. Yarışda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Məhsul” KKHKİC Respublika Şurasının 5 idmançısı iştirak edib. Cəmiyyətin yetirmələri Əli Əcəmov (23 kq.), Abdulla Məmmədli (26 kq.) və İsmayıl İsrafilov (32 kq.) üçüncü yeri tutublar.
Onlar bu yarışa məşqçi-müəllim Ü.Qurbanovun rəhbərliyi altında hazırlaşıblar.
Qalib gəlmiş idmançılar diplom və hədiyyələr ilə mükafatlandırılıblar.