Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Zenit” İC-nin güləşçiləri 10 medal qazanıblar

Yunan-Roma güləşi üzrə yarışda Hüseyn Vəlizadə (57 kq.) və Zöhrab Səfərov (75 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

27.03.2024 12:34
31
A+
A-

Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçirilib.

Yarışda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirmələri 10 medal qazanıblar.

Sərbəst güləş üzrə yarışda Adəm Usmanov (38 kq.) və Rza Əhədli (85 kq.) ikinci, Nurxan İsmayılov (41 kq.) və İslam Rəcəbov (57 kq.) isə üçüncü yeri tutublar.

Qadın güləşçilərin mübarizəsində isə Yağmur Məlikli (36 kq.) və Günel Kərimli (46 kq.) fəxri kürsünün birinci pilləsində yer alıblar. Rəna Nuriyeva (54 kq.) ikinci və Gülay Xasməmmədova (36 kq.) üçüncü olublar.

Yunan-Roma güləşi üzrə yarışda Hüseyn Vəlizadə (57 kq.) və Zöhrab Səfərov (75 kq.) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Cəmiyyətin güləşçiləri yarışa məşqçi-müəllimlər Amil Abdullayev, Elvin Aslanov və Əbülfət Məmmədovun rəhbərliyi altında hazırlaşıblar. 

 

ETİKETLƏR:

Foto