İlk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları
.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Salyan və Sabirabad rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib və ittifaq üzvləri tərəfindən qənaətbəxş qiymətləndirilib. Sonra komitələrə sədr seçkiləri keçirilib, Rəyasət Heyəti və Təftiş komissiyalarının tərkibi təsdiqlənib.
Tədbirlərdə çıxış edən Birliyin şöbə müdiri Anar Tağıyev ittifaq üzvlərinin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcə də mədəni-kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələri barədə danışıb.
Sonda Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri həmkarlar ittifaqlarının fəaliyyətindən razılıqlarını ifadə ediblər.