Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin üstünlükləri nədir?

Baş nazir əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.

02.10.2024 11:27
13
A+
A-

Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsinin üstünlükləri nədir? Əmək kitabçasını təqdim etmək yenidən lazım olacaq, yoxsa elektronlaşdırılacaq?

Millət vəkili Vüqar Bayramov dedi ki, əmək müqavilələrinin elektron sistem vasitəsilə həyata keçirilməsi artıq kağız formada əmək kitabçalarına ehtiyacın aradan qaldırılması və bütövlükdə məşğulluq sahəsində həyata keçirilən institusional islahatlardan biridir. Artıq əmək müqaviləsi elektron sənəd formasında bağlanacaq və əmək müqaviləsi bildirişi ləğv olunacaq. Təbii ki, burada həm şəffaflığın artırılması, həm də çevikliyin yüksəldilməsi vacibdir. Eyni zamanda elektron xidmətlərin tətbiqinə daha yaxşı və yaxından nail olmaqdan ibarətdir. Bu o deməkdir ki, işçi tərəfindən əmək kitabçasına ehtiyac qalmır və artıq işəgötürən də əmək kitabçasını tələb etməyəcək. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bundan əvvəl bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi isə müvafiq qurumun müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

Onu da qeyd edim ki, yeni dəyişikliklər rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ-hüquqi aktların təkmilləşdirilməsinə xidmət edəcək.

V.Bayramov əlavə etdi ki, işçinin iş stajı da elektronlaşacaq. Bu həm işəgötürən, həm də işçi üçün, xüsusən də əmək münasibətlərinin tənzimlənməsi baxımından, kifayət qədər yeni imkanlar deməkdir. Onlayn müqavilənin imzalanması işçilər üçün bu kontekstdən yeni imkanların yaranmasına gətirib çıxarır. Bütün bunlar əmək münasibətlərində elektronlaşmanın tətbiqi baxımından yeni mərhələdir. Bu yeni mərhələ nəticə etibarilə işçi və işəgötürən münasibətlərinin daha sivil, daha şəffaf və daha səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: