Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəllimlər etiraz edirlər

.

08.09.2023 00:53
3
A+
A-

Avqustun 28-də Belçikada Vallon-Brüssel Federasiyasının (FWB) təhsil sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları tətilə başlayıblar. Pedaqoji heyət müəllimlərin ixtisasının artırılması və qiymətləndirilməsi ilə bağlı 19 iyul fərmanının ləğvini tələb edir. Fərmana əsasən, müəllimlərin qiymətləndirilməsi aparılacaq və bu qiymətləndirmələr işdən çıxarılma ilə nəticələnə bilər.

Həmkarlar ittifaqları bu fərmanın qəbulunu tədris sistemində fəlakətli dəyişiklik hesab edir. Hələ aprel ayında Brüsseldə beş minə yaxın təhsil işçisi müəllimlərin üzərinə lazımsız inzibati yük qoyulduğunu bildirən planları tənqid etmək üçün tətilə çıxıb. Bundan başqa, müəllimlər siniflərin sayının azaldılmasını və ali təhsilin akademik təqviminin icbari təhsildə tətbiq edilən yeni qəbul edilmiş təqvimə uyğunlaşdırılmasını tələb edirlər. Yeni fərmanın 2024-cü ilin yanvarından, müəllimlərin qiymətləndirilməsi sisteminin isə 2026-cı ilin ortalarından tez olmayaraq qüvvəyə minməsi planlaşdırılır.

 

ETİKETLƏR: