Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təşəkkür

Biz artıq 10 gündür bu gözəl məkanda övladlarımla təbiətin saflığından, xidmətin səviyyəsindən zövq alırıq.

27.08.2024 23:31
41
A+
A-

Hörmətli redaksiya! Dövlət İdarələri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və bu təşkilatın Abşeron Rayon Komitəsinin rəhbərliyi və əməkdaşları bir neçə gün əvvəl mənzilimizdə olub, qızım Nilayın, oğlum Yadullanın doğum günlərini bizimlə birlikdə qeyd etdilər. Övladlarımı hədiyyələrlə sevindirdilər. Ad günləri münasibətilə şirniyyat süfrəsi açdılar və tortlar kəsdilər. Amma bizə olan doğma münasibətləri bunlarla bitmədi. Təşəbbüs göstərib bizi həmkarlar ittifaqının büdcəsi hesabına Quba rayonunda fəaliyyət göstərən “Maajid” İstirahət Mərkəzinə pulsuz yollayışla təmin etdilər.

Biz artıq 10 gündür bu gözəl məkanda övladlarımla təbiətin saflığından, xidmətin səviyyəsindən zövq alırıq.

Vaxtaşırı sahə Hİ Respublika Komitəsinin Rayon Komitəsinin məsul işçiləri telefonuma zəng vurub bizə göstərilən xidmətin keyfiyyəti ilə maraqlanırlar. İnsafən, burada da şəhid ailəsi olduğumuzu bilib bizə xüsusi həssaslıqla yanaşırlar. Mən ailəmiz  adından sahə həmkarlar ittifaqının sədri başda olmaqla bütün əməkdaşlarına təşəkkürümü çatdırmağınızı xahiş edirəm.

 

Məryəm HƏSƏNOVA,

Şəhid Veysəl Musibovun

 həyat yoldaşı, Xırdalan şəhər sakini

ETİKETLƏR:

Foto