Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Dəmiryolçuların idman spartakiadası keçirilir

Sonra spartakiadanı açıq elan edən V.Bədəlov idmançılara uğurlar arzulayıb.

13.09.2023 12:04
45
A+
A-

Sentyabrın 8-də Nabran qəsəbəsindəki “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində dəmiryolçuların spartakiadasının rəsmi açılış mərasimi keçirilib.  Əvvəlcə Dövlət Himni səsləndirilib.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının sədri Vaqif Bədəlov çıxış edərək bildirib ki, dəmir yolu ölkəmizdə ən çox inkişaf edən sahələrdən biridir. Bu gün quru yolu ilə yüklərin daşınmasında dəmir yolunun rəqibi yoxdur. Ölkə ərazisində dəmir yollarının müasir standartlar səviyyəsində yenidən qurulması istiqamətində böyük həcmdə investisiya tutumuna malik layihələr reallaşdırılır. Layihələrin həyata keçirilməsində Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı da öz səlahiyyətləri dairəsində fəal iştirak edir.

V.Bədəlov deyib ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər görülür. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, Azərbaycan idman ölkəsinə çevrilir. Dəmiryolçu idmançılar da respublikamızda bədən tərbiyəsi və idman hərəkatının inkişafında mühüm rol oynayırlar. “Azərbaycan Dəmir Yolları” QSC-də bu sahədə müxtəlif tədbirlər təşkil olunur. Dəmir yolu işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olumuş idman spartakiadası da həmkarlar ittifaqı üzvlərinin sağlamlıqlarının möhkəmləndirilməsi, idmanla məşğulluğa cəlb olunması və həmkarlar ittifaqı təşkilatlarının bu sahədəki fəaliyyətinin canlandırılması məqsədi daşıyır.

Sonra spartakiadanı açıq elan edən V.Bədəlov idmançılara uğurlar arzulayıb.

Spartakiadanın voleybol, futbol və stolüstü tennis üzrə yarışları Nabranda yerləşən “Lokomotiv” İstirahət Mərkəzinin idman kompleksində, şahmat və dama üzrə yarışları isə Biləcəri yeni lokomotiv deposunun inzibati binasında keçirilib.

Spartakiadada “ADY” QSC aparatının, Sərnişin daşımaları, İnfrastruktur, Yük daşımaları və Mühafizə departamentlərinin komandaları mübarizə aparırlar. Ümumilikdə 100-ə yaxın dəmiryolçu-idmançı iştirak edir.

Dəmiryolçuların idman spartakiadası sentyabrın 16-da başa çatacaq.

Spartakiadanın qaliblərinə kubok, diplom və pul mükafatları 13 Oktyabr - Dəmir Yolu İşçilərinin Peşə Bayramı Günü ərəfəsində təqdim olunacaq.

ETİKETLƏR:

Foto