Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Vətənini tanı”

milli intellektual yarışı

13.09.2023 14:02
5
A+
A-

Şirvan Apelyasiya Məhkəməsinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Şirvan Şəhər Gənclər Evində “Vətənini tanı” milli intellektual yarış keçirildi.

“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışda Şirvan Apelyasiya Məhkəməsinin aparat işçiləri və ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin işçiləri iştirak etdilər.

Yarışın bütün iştirakçı komandalarına Şirvan Apelyasiya Məhkəməsinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşəkkürnamələr təqdim edildi. İlk 3 yeri tutan komandaların üzvlərinə isə Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və hədiyyələr verildi.

ETİKETLƏR: