Prezident İlham Əliyevin Xankəndi şəhərinə, Tərtər, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Füzuli rayonlarına səfəri
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və əraziyə baxıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tərtər rayonuna səfər edib.
Dövlət başçısı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışında, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və əraziyə baxıb.
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Şuşa rayonunun Malıbəyli kəndində olub.
Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb və ərazi ilə tanış olub.
Əsgəran qalasında olub, Əsgəran qalasına və əraziyə baxış keçirdib.
Xocavənd şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.
Oktyabrın 16-da Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib.
Füzuli rayonunun Cuvarlı və Qoçəhmədli kəndlərinin təməlini qoyub.
Füzuli şəhərində idman kompleksinin, ikinci və üçüncü yaşayış kompleksinin, 240 yerlik uşaq bağçasının və inzibati binanın təməllərini qoyub.
Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və çıxış edib.