Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Birgünlük tətillər

.

15.11.2023 16:42
6
A+
A-

Finlandiyada Dövlət Qulluğu və Sosial Təminat İşçiləri Həmkarlar İttifaqı (JHL) hökumətin siyasətinə etiraz olaraq davam edən kampaniya çərçivəsində birgünlük siyasi tətillər elan edib. Həmkarlar ittifaqları hökumətin sosial təminat və məşğulluq hüquqlarına dəyişiklik etmək planlarına qarşı çıxır. Hökumətin ən mübahisəli təkliflərindən biri xəstəlik məzuniyyətinin ilk gününün ödənişsiz olmasıdır.

Etiraz aksiyaları həm də tətil hüququnun məhdudlaşdırılması və əməkhaqqı danışıqlarına məhdudiyyətlərin qoyulması təhdidlərinə cavab olaraq keçirilib. Tətillər SAK-ın (Finlandiya Mərkəzi Həmkarlar İttifaqı Assosiasiyası) daha geniş kampaniyasının bir hissəsidir.  Kampaniya hökumətin xərcləri azaltma siyasətinə qarşı yönəlib. Noyabrın 7-dən 9-dək üç gün ərzində müxtəlif bölgələrdə etirazlar keçirilib. Onlar bir sıra xidmətlərə (idman obyektlərinin saxlanılması, tullantıların utilizasiyası, camaşırxana, ictimai iaşə, ictimai nəqliyyat və enerji) təsir göstərib. İndiyə qədər hökumət alternativ siyasətləri nəzərdən keçirməkdən və hətta həmkarlar ittifaqları ilə danışmaqdan imtina edib. Digər həmkarlar ittifaqları da əlavə tətillər keçirməyi planlaşdırır.

 

ETİKETLƏR: