“Spartak”ın yetirmələri fərqləniblər
.

“Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti (KBTİC) İctimai Birliyinin yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında gümüş və bürünc medal qazanıblar.
Qeyd edək ki, bu yarışlarda cəmiyyətin Sumqayıt Şəhər Şurasının yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi Sədi Quliyevin yetirməsi Fərid Xəlilov (67 kq.) gümüş medala, “Spartak” KBTİC İctimai Birliyinin kompleks UGİM-in yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi Hikmət Məmmədovun yetirməsi Fərid Baxışlı (63 kq.) isə bürünc medala sahib olublar.