II Türk Dövlətləri Universiadasında 2 qızıl və 2 bürünc medal qazanıblar
Xatırladaq ki, ilk Türk Dövlətləri Universiadası 2018-ci ildə Bakıda keçirilib.

“Atilla” İdman Klubunun cüdoçuları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasının cüdo yarışlarında 2 qızıl və 2 bürünc medal qazanıblar.
Qızlar arasında Ramilə Əliyeva (48 kq.) və Südabə Ağayeva (-70 kq.) qızıl medal, Nərmin Əmirli (-78 kq.) isə bürünc medala sahib olublar.
Oğlanlar arasında Nihad Şıxəlizadə (-90 kq.) bürünc medal əldə edib.
Qeyd edək ki, Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında ölkəmiz 4 idman növündə - stolüstü tennis, cüdo, yunan-Roma güləşi və sərbəst güləş üzrə ümumilikdə 38 idmançı ilə təmsil olunub. Azərbaycan idmançıları bu yarışda 26 medal qazanıblar. Onun 7-si qızıl, 7-si gümüş, 12-si isə bürünc əyarlıdır.
Xatırladaq ki, ilk Türk Dövlətləri Universiadası 2018-ci ildə Bakıda keçirilib.