Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Prezident İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdə olub

Ölkə Prezidentinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri dekabrın 26-da başa çatıb.

27.12.2023 11:16
3
A+
A-

Dekabrın 26-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.

Səfər çərçivəsində Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri Sankt-Peterburqda “Yekaterina sarayı” və “Böyük Peterhof Sarayı” ilə tanış olublar.

Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Daha sonra Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının birgə naharı olub.

Ölkə Prezidentinin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri dekabrın 26-da başa çatıb.

ETİKETLƏR: