Miqyasına görə ən böyük etiraz aksiyası
.
Yanvarın 18-də dövlət sektorunun minlərlə işçisi Şimali İrlandiyada piket və yürüşlərlə 24 saatlıq tətil keçirib. Ölkə tarixində miqyasına görə ən böyük tətillərdən biri olub. Təxminən 150 min tibb bacısı, müəllim, avtobus sürücüsü, baxıcı, təmizlik işçisi, dövlət işçiləri və digər sektorların nümayəndələri etiraza qoşulub. Soyuq hava şəraiti aksiyanın keçirilməsinə əngəl törətməyib. Gün ərzində müəssisələrin çoxu fəaliyyət göstərməyib. Şimali İrlandiyanın bir sıra şəhərlərində yürüşlər təşkil olunub, aksiyalarda iştirak edənlər şüarlar səsləndiriblər.