Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Rayon Komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirik”

.

31.01.2024 13:10
4
A+
A-

Yanvarın 30-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsinin xidmətinə daxil olan Mil-Muğan Regional Gənclər və İdman İdarəsində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilmişdir. Yığıncaqda təşkilatın hesabat dövründə gördüyü işlər barədə geniş məlumat verilmişdir. Növbəti illər üçün vəzifələr təqdim olunmuşdur. Məruzə ətrafında çıxışlarda HİK-in fəaliyyəti ümumilikdə yaxşı qiymətləndirilmişdir. Deyilmişdir ki, elə məsələlər olub ki, onların həlli ilk təşkilatın səlahiyyətlərindən kənar olduğundan Rayon Komitəsinə müraciət edilmişdi. Rayon Komitəsi dərhal müraciətə cavab vermiş, müsbət nəticələrə nail olunmuşdur. Yığıncaqda Rayon Komitəsinin sədri Telman Əzimov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən gənclərə daima diqqət və qayğı göstərilmişdir. Azərbaycanda aparılan gənclər siyasəti nəticəsində respublikamızda savadlı, bacarıqlı, sağlam və vətənpərvər ruhda gənclər yetişmişdir.

İdman İdarəsinin rəisi Nadir Quliyev çıxışında Ali Baş Komandanın gənclərə verdiyi önəmdən danışdı. Qeyd etdi ki, Rayon Komitəsi ilə sıx əməkdaşlıq şəraitində işləyirik. İttifaq üzvlərinin hüquqlarının qorunması işində bir-birimizi dəstəkləyirik.

Kollektiv Vüqar Kərimova etimad göstərərək, onun yenidən təşkilatın sədri vəzifəsinə seçilməsinə səs verdilər.

***

MİHİ Sabirabad Rayon Komitəsi ilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsi arasında 2024-2026-cı illər üzrə Kollektiv Ərazi Sazişi bağlanılmışdır. Sazişi əmək kollektivinin iştirakı ilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və MİHİ Sabirabad Rayon Komitəsinin sədri Telman Əzimov imzalamışlar.

 

Ə.ƏSLİ

ETİKETLƏR:

Foto