Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yekun qərar qəbul olundu

İclasda Ümumhəmkarlar İttifaqları Konfederasiyasının X  qurultayı və onun fəaliyyət planı da əsas müzakirə mövzusu olub.

31.01.2024 13:25
5
A+
A-

Yanvarın 23-də Mənzil-Kommunal Təsərrüfatı və Xidmət Sektoru İşçilərinin iş planına uyğun olaraq videokonfrans vasitəsilə növbəti iclası keçirilib. Tədbiri Mənzil-Kommunal Təsərrüfatı və Xidmət Sektoru İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Birliyinin (MOP) sədri Aleksandr Vasilevski açıb. O, iclasın gündəliyi və təşkilati məsələlər barədə məlumat verib.

Belarus Yerli Sənaye və Kommunal Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Yuriy Doroqokupets çıxış edərək aktual əhəmiyyət kəsb edən məsələlər barəsində məlumat verib.

Müzakirələrdə Azərbaycan Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Hacıyev də iştirak edib.

İclasda Ümumhəmkarlar İttifaqları Konfederasiyasının X  qurultayı və onun fəaliyyət planı da əsas müzakirə mövzusu olub.

Çıxışlarda qeyd olunub ki, bütün üzv təşkilatlar beynəlxalq aləmdə cərəyan edən siyasi hadisələrə və ağır iqtisadi duruma baxmayaraq, ÜHİK-in IX qurultayının qərar və göstərişlərini yerinə yetirib.  Həmkarlar ittifaqı təşkilatları işçilərin hüquq və mənafelərini qorumaq üçün bütün səylərini birləşdirib,  həmrəylik nümayiş etdirib.

Müzakirələrdən sonra yekun qərar qəbul olunub. “2022-2027-ci illər üçün ÜHİK-in əsas fəaliyyət istiqamətləri”nin yerinə yetirilməsinin vacibliyi qeyd olunub. Bildirilib ki, bu qərarlar həmkarlar ittifaqının təşkilatlanma imkanlarının artmasına, indiki mürəkkəb beynəlxalq şəraitdə onun işçilərin hüquqları keşiyində daha cəsarətlə, səmərəli və mütəşəkkil durmasına təsirli təkan verəcək.

İclasda regiondakı həmkarlar ittifaqı hərəkatının digər məsələlərinə də baxılıb.

Üzv təşkilatların təklifi ilə Şuranın növbəti iclasının may ayında Moskvada keçirilməsi barədə qərar qəbul edilib.

 

ETİKETLƏR: