Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fəxri kürsüdə yer alıblar

.

21.02.2024 23:03
6
A+
A-

Fevralın 14-17-də Şağan Olimpiya İdman Kompleksində yunan-Roma və sərbəst güləş üzrə Bakı şəhər birinciliyi keçirilib. Paytaxt birinciliyində həmkarlar  ittifaqlarının “Pəhləvan” İdman Klubunun yetirmələri də mübarizə aparıblar. Sərbəst güləş üzrə yarışda iştirak edən məşqçi-müəllim Ruslan Şəmilovun yetirmələri  Rəsul Məmmədov (38 kq.) və İbrahim Babayev (68 kq.) birinci olublar.

Yunan-Roma güləşi üzrə yarışda isə Hüseyn Əhmədzadə  (41 kq.), Nihad Həsənli (44 kq.) və Zikrət Həmzəyev (85 kq.) üçüncü yeri tutublar.

Onlar məşqçi-müəllim Azər Hüseynovun rəhbərliyi altına məşq prosesi keçiblər.

ETİKETLƏR: