Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İsveçrəli təqaüdçülər 13-cü pensiya da alacaqlar

Beləliklə, 2,5 milyondan çox isveçrəli pensiyaçı 2026-cı ilə qədər əhəmiyyətli dəstəkdən faydalanacaq.

06.03.2024 12:37
5
A+
A-

İsveçrə sakinləri ölkədə pensiya yaşını artırmaqdan imtina ediblər, lakin 13-cü pensiyanın verilməsini dəstəkləyiblər. Bu, martın 3-də keçirilən referendumun nəticələrində əksini tapıb. Ümumxalq səsverməsinə iki məsələ - təqaüd yaşının 65-dən 66-ya qaldırılmasına razılıq verilməsi və pensiyaçılara hər il əlavə pensiyanın ödənilməsi  əksini tapmışdı. 

Nəticələrə görə, seçicilərin 74,72%-i təqaüd yaşının artırılmasına qarşı çıxıb.  58,24%-i isə 13-cü pensiyanın tətbiqinə səs verib. Səsvermənin təşəbbüskarı olan Union Syndicale Suisse (USS) həmkarlar ittifaqı son iki ildə ölkədə yaşayış minimumu qiymətlərinin əhəmiyyətli dərəcədə artmasını pisləyib. Təklif 26 kantonun yarıdan çoxu tərəfindən bəyənilib ki, bu da onun həyata keçirilməsi üçün ilkin şərtdir.

Beləliklə, 2,5 milyondan çox isveçrəli pensiyaçı 2026-cı ilə qədər əhəmiyyətli dəstəkdən faydalanacaq. Özü də təklifin əleyhinə olan İsveçrə hökumətinin hesablamalarına görə, xərc 4 milyard İsveçrə frankı və ya 4,2 milyon avronu keçir. Bu gün İsveçrədə bir nəfər üçün minimum pensiya ayda 1225 frank (1278 avro), maksimum isə 2450 frank (2556 avro) təşkil edir.

 

ETİKETLƏR: