Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Stend atıcılığı üzrə yarışın qalibləri

.

07.09.2022 11:44
2
A+
A-

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 15-ci ildönümü münasibətilə təsdiqlənmiş illik tədbirlər planına əsasən, əməkdaşlar arasında stend atıcılığı üzrə yarış təşkil edilib.

DMX-nin Həmkarlar İttifaqı Komitəsi ilə birgə Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda Xidmətin 30 əməkdaşı bir araya gələrək silahlarını ən sərrast atıcı adı uğrunda hədəfə tuşlayıb.

Üç mərhələdən ibarət yarışın nəticələrinə əsasən, Nurlan Etibarlı, Faiq Mustafayev və Zaur Tarverdiyev müvafiq olaraq ilk üç yeri bölüşüblər.

Qaliblərə medal və diplomları Bakı Atıcılıq Mərkəzinin direktoru Tamerlan Hacıyev, DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov təqdim ediblər.

 

ETİKETLƏR:

Foto