Şura kollektivi sərgi-satış yarmarkasında olub
.
Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasında iştirak edib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Şuranın kollektivi sərgi-satışa baxış keçiriblər. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, oktyabrın 17-dək davam edəcək sərgidə ümumilikdə 447 müəllifin 10929 adda əl işi təqdim edilir. Vurğulanıb ki, sərgi-satış yarmarkasında iştirakçıların və əl işlərinin sayı ildən ilə artır.