Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Beynəlxalq Tibb Bacısı Günü ilə əlaqədar tədbir

Tədbirdə çıxış edənlər bu əlamətdar günün tarixindən söz açdılar.

24.05.2023 10:09
2
A+
A-

2 nömrəli Bakı Baza Tibb Kollecində Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 May - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə çıxış edənlər bu əlamətdar günün tarixindən söz açdılar. Qeyd etdilər ki, mayın 12-nin Beynəlxalq Tibb Bacısı Günü kimi qeyd olunması barədə qərar 1974-cü ilin yanvarında verilib. Bu tarixin seçilməsi təsadüfi deyil. Mayın 12-si ilk ingilis tibb bacısı Florens Haytingelin doğum günüdür. O, 1853- 1856-cı illərdə Krım müharibəsi zamanı ilk dəfə “Şəfqət xidməti” təşkil edib. Xüsusən döyüş bölgələrində əsgərlərə yardım göstərərkən əlində lampa tutduğu üçün adı tarixdə “lampalı qadın” kimi də anılıb.

Deyildi ki, tibb bacıları səhiyyə işçiləri arasında say baxımından çoxluq təşkil edir. Həkim göstərişlərini yerinə yetirərək xəstə ilə ünsiyyət, iynə vurmaq, təzyiqini yoxlamaq və digər işlər tibb bacısının öhdəsinə düşür. Demək olar ki, xəstələrin sağalıb şəfa tapması və normal həyata qayıtmasında onların böyük rolu var.

Çıxışlarda Azərbaycanda tibb bacılarının fədakar əməyi də qeyd olundu. Bu peşə sahiblərinə dövlətimizin qayğısı yüksək qiymətləndirildi.

ETİKETLƏR: