Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yarışda 10 komanda iştirak edib

Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

24.05.2023 16:07
15
A+
A-

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Şahbuz Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) təşkilatçılığı ilə voleybol üzrə rayon turniri keçirilib. 5 gün davam edən yarışda BHİK-in xidmət sahəsinə daxil olan idarə, müəssisə və təşkilatlarında çalışan üzvlərindən ibarət 10 komanda iştirak edib.

Yekun nəticəyə görə, birinci yeri Şahbuz Rayon Mədəniyyət Şöbəsinin, ikinci yeri Şahbuz Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin, üçüncü yeri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz Rayon Şöbəsinin komandaları tutub.

Qaliblər diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

ETİKETLƏR: