Luk Trianglın yeganə namizəd olacağı təsdiqlənib
Baş Şuranın növbəti iclası dekabrın 12-14-də Brüsseldə baş tutacaq.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Baş Şurasının sentyabrın 7-də videobağlantı vasitəsilə baş tutan 32-ci iclasında oktyabrın 12-də keçiriləcək BHİK-in Fövqəladə Dünya Konqresində qurumun Baş katibi vəzifəsinə Luk Trianglın yeganə namizəd olacağı təsdiqlənib. O, hazırda BHİK-in Baş katibi vəzifəsini icra edir.
L.Triangl bu dəstəyi almaqdan şərəf duyduğunu və Konqresdə namizədliyinin rəsmən elan edilməsini səbirsizliklə gözlədiyini bildirib: “Zəhmətkeş insanların güclü BHİK-ə ehtiyacı var və Baş Şuranın bütün müzakirələrində nümayiş etdirilən birlik üzv təşkilatlarımızın bu gücü təmin etmək üçün nə qədər sadiq olduğunu göstərir. Şuranın müzakirələrinin digər əsas məqamları arasında həmkarlar ittifaqlarının BRICS prosesləri və G20-də L20 həmkarlar ittifaqı tərəfdaşı ilə əlaqəsinin nəzərdən keçirilməsidir.
Şura Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməklə tətil hüququ ilə bağlı BƏT-in çıxılmaz vəziyyətini aradan qaldırmaq səyləri haqqında yeni məlumat aldı və milli iqtisadi inkişafın müxtəlif səviyyələrini əks etdirən BHİK-ə üzvlük haqqını və əlaqədar məsələləri nəzərdən keçirmək üçün işçi qrupu yaratdı.
Baş Şuranın növbəti iclası dekabrın 12-14-də Brüsseldə baş tutacaq.