Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
.
Babək Rayon İcra Hakimiyyəti, Babək Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və YAP-ın Babək rayon təşkilatının birgə təşkilatçılığı ilə Babək rayon Payız kəndində şəhid Hümbətov İmaməddin Muxtar oğlunun məzarı ziyarət olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndində gedən əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!