Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil hüququnun inkarı bütün işçilərə qarşı hücumdur

İşəgötürənlər tətil hüququnun Konvensiya və Tövsiyələr üzrə Ekspertlər Komissiyasının və sosial aktorların 70 ildən artıqdır paylaşdıqları şərhə qarşı çıxaraq  87 saylı Konvensiyanın müddəalarına daxil edilmədiyini deyiblər.

22.11.2023 16:03
13
A+
A-

BƏT-in Rəhbərlik Şurasının növbədənkənar iclasında (33 lehinə, 21 əleyhinə və 2 bitərəf olmaqla) həmkarlar ittifaqının tətil hüququnun 87 saylı Konvensiya (Assosiasiya azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında) ilə qorunan hüquqlardan birinə daxil edilməsinə dair təklifi qəbul edilib və bu  məsələ Beynəlxalq Ədalət Məhkəməsinə veriləcək.

İşəgötürənlər tətil hüququnun Konvensiya və Tövsiyələr üzrə Ekspertlər Komissiyasının və sosial aktorların 70 ildən artıqdır paylaşdıqları şərhə qarşı çıxaraq  87 saylı Konvensiyanın müddəalarına daxil edilmədiyini deyiblər.

İctimai Xidmət İnternasionalının (PSİ) Baş katibi Daniel Bertossa deyib ki, işəgötürənlər qrupunun tətil hüququnu rədd etməsi fundamental insan hüquqlarının inkarı və bütün işçilərə qarşı hücumdur. BƏT-in öz tarixi mandatını yerinə yetirmək qabiliyyətinə qəsdən zərbə vurmaq cəhdi narahatedicidir. Onillik təxribatdan sonra işçilər bu fundamental məsələ ilə bağlı aydın qərara layiqdirlər.

BƏT-in “Assosiasiya azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında” 87 saylı Konvensiyası işçilərin və işəgötürənlərin əvvəlcədən icazə almadan seçdikləri təşkilatları yaratmaq və onlara qoşulmaq hüququnu təsbit edir. Və dövlət orqanlarının müdaxiləsi olmadan bir sıra sərbəst fəaliyyət zəmanətlərini müəyyənləşdirir.

ETİKETLƏR: