Müqavilələrin ratifikasiyasına ehtiyac var
Müzakirə olunan məsələlərə iş şəraiti, dənizdə qalma, məsuliyyətli gəmi idarəetməsi, dənizçilərin və balıqçıların fiziki və psixoloji rifahı daxildir.
“Dənizçilərin hüquqlarının müdafiəsi sənayenin rəqəmsal və karbondan təmizlənmiş gələcəyə hazırlaşdığı bir vaxtda gücləndirilməlidir”. Bu fikri nümayəndələr BƏT və İMO tərəfindən təşkil edilən birinci yüksək səviyyəli dənizçilərin konfransında bildiriblər.
Noyabrın 13-də keçirilən “Dənizdə iş” konfransı BMT-nin iki agentliyinin gələcək qlobal inkişafda naviqasiyanın əsas rolunu tanımaq və dənizdə işləyənlərin etibarlı qorunmasını təmin etmək üçün əlaqələndirilmiş işinin bir hissəsidir.
Balıqçıların və balıqçı gəmilərinin sahiblərinin, elmi dairələrin və hökumətlərin nümayəndələri razılaşdılar ki, balıqçıları qorumaq üçün mövcud qaydalar daha ciddi şəkildə tətbiq edilməlidir və balıqçılıq haqqında müqavilələrin ratifikasiyasına təcili ehtiyac var.
Müzakirə olunan məsələlərə iş şəraiti, dənizdə qalma, məsuliyyətli gəmi idarəetməsi, dənizçilərin və balıqçıların fiziki və psixoloji rifahı daxildir.
BƏT-in Baş direktoru Gilbert F.Houngbo deyib ki, balıqçılar layiqli əməyin çatışmayan cəhətləri ilə, o cümlədən iş yerində fundamental prinsip və hüquqlarının inkarı ilə üzləşməkdə davam edirlər. BMT agentlikləri bu sektorda əməkdaşlığı artırsa da, irəliləyiş hələ də azdır, BƏT və İMO-nun əsas balıqçılıq haqqında konvensiyaları ratifikasiya etmək və həyata keçirmək üçün işləri sürətləndirməlidir.
İMO-nun Baş katibi Kitak Lim bildirib ki, dənizdə çalışanlar, dənizçilər, balıqçılar və digər dəniz işçiləri gəmiçiliyin həyat qüvvəsidir və onların rifahı böyük əhəmiyyət kəsb edir. Malların və ərzaqların bütün dünyaya təhlükəsiz və səmərəli çatdırılmasını təmin edənlərdir. Onlar ön xətdədirlər və bu məsuliyyət COVID-19 pandemiyası zamanı xüsusilə vurğulanır. Onlar olmadan çatdırılma, sadəcə olaraq, dayanacaq.
Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının (İTF) Baş katibi Stiven Kotton qeyd edib ki, sahələrimizi yenidən formalaşdırmaq, insanların gəmiçilik və balıqçılıq sahələrində beynəlxalq səviyyədə işləməyə həvəsləndirildiyi bir mühit yaratmaq bizim kollektiv məsuliyyətimizdir. Biz sahəmizi işləmək, cəlbedici yerə çevirmək üçün bir yol tapmalıyıq. Dənizçilərimizə sərmayə qoymalıyıq və onların təhlükəsiz mühitdə olmasını, lazımi təhsil və bacarıqlara yiyələnməsini təmin etməliyik.
Tədbirdə sosial dialoqun fundamental əhəmiyyəti, dənizçilər və gəmi sahibi təşkilatlarının bu işdə uğur qazanmasında əsas rolu vurğulanıb.
Nümayəndələr beynəlxalq əməkdaşlığın səyləri artırmaq, dənizçilər və balıqçılar üçün yaxşı iş və yaşayış şəraiti tətbiq etməklə həyati əhəmiyyət daşıdığını qəbul etdilər.