Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


BƏT-in hesablamalarına görə...

Kənd təsərrüfatı, tikinti, meşə təsərrüfatı, balıqçılıq və istehsal sənayesi ən təhlükəli sahələrdir və hər il 200 min insan ölümlə nəticələnən xəsarət alır.

29.11.2023 12:45
15
A+
A-

BƏT-in yeni hesablamalarına görə, hər il təxminən üç milyon işçi istehsalatla bağlı bədbəxt hadisələr və xəstəliklər səbəbindən həyatını itirir. Bu itkilər bütün dünyada işçilərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsində davam edən problemləri vurğulayır.

İş yerlərində baş verən ölümlərin əksəriyyəti, yəni 2,6 milyon ölüm peşə xəstəlikləri ilə bağlıdır. Təhlillərə görə, istehsal qəzaları daha 330 min insanın ölümünə səbəb oldu. Qan dövranı sistemi xəstəlikləri, bədxassəli yenitörəmələr və tənəffüs orqanlarının xəstəlikləri iş yerlərində ölümün ilk üç səbəbi sırasındadır. Bu üç kateqoriya birlikdə işlə əlaqəli ümumi ölümün dörddəüçündən çoxunu təşkil edir.

BƏT-in “Daha təhlükəsiz və sağlam iş mühitinə çağırış” adlı yeni hesabatında yer alan yeni məlumatlar noyabrın 27-dən 30-dək Avstraliyanın Sidney şəhərində bu mövzuda ən böyük beynəlxalq konfranslardan biri olan 23-cü Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konqresində təqdim olunacaq.

Hesabatda vurğulanır ki, qadınlarla müqayisədə (hər 100 min nəfərə 17,2) kişilər istehsalatla bağlı bədbəxt hadisələrdən (hər 100 min əmək qabiliyyətli yaşlı adama 51,4) ölür. Asiya-Sakit Okean bölgəsi regionun işçi qüvvəsinin ölçüsünə görə işlə bağlı ən yüksək ölüm nisbətinə malikdir.

Kənd təsərrüfatı, tikinti, meşə təsərrüfatı, balıqçılıq və istehsal sənayesi ən təhlükəli sahələrdir və hər il 200 min insan ölümlə nəticələnən xəsarət alır. Hesabatda xüsusilə qeyd olunur ki, dünyada ölümlə nəticələnən hər üç peşə xəsarətindən biri kənd təsərrüfatı işçiləri arasında baş verir.

Təhlükəsiz və sağlam iş mühitini təmin etmək üçün qlobal səyləri artırmaq məqsədilə BƏT 2024-2030-cu illər üçün yeni bir plan- Əməyin sağlamlığı və təhlükəsizliyi üzrə qlobal strategiyanı təqdim etdi. Məqsəd BƏT-in bütün dünyada sosial ədalətə və layiqli əməyin təşviqinə sadiqliyinə uyğun olaraq işçilərin rifahını prioritet məsələyə çevirməkdir.

Strategiya BƏT üzvlərini üç istiqamətdə fəaliyyət göstərməyə çağırır.

-Birincisi, idarəetməni təkmilləşdirmək, etibarlı məlumatları yaymaq və səriştəni artırmaqla əməyin mühafizəsinin və sağlamlığın milli sistemlərini təkmilləşdirmək.

-İkincisi, milli və qlobal səviyyədə əməyin mühafizəsi və sağlamlığı sahəsində koordinasiya, tərəfdaşlıq və investisiyalarını gücləndirilmək.

-Üçüncüsü, BƏT-OSH 2001 prinsiplərini təşviq etməklə, gender-transformativ təlimatları işləyib hazırlamaq və onları xüsusi təhlükələrə, risklərə, sektorlara və peşələrə uyğunlaşdırmaqla iş yerinin təhlükəsizliyi və sağlamlığın idarə edilməsi sistemlərini təkmilləşdirmək.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: