Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Respublika Spartakiadası başa çatdı

Yarış iştirakçıları 10 idman növündə (minifutbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, şahmat, dama, nərd və güllə atıcılığı) mükafatlar uğrunda mübarizə aparıblar.

06.12.2023 15:13
9
A+
A-

 Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının  “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadası başa çatıb.

Bakı şəhərində oktyabrın 11-dən noyabrın 23-dək davam edən Respublika Spartakiadasında Aviasiya, Elektroenergetika və Elektrotexnika Sənayesi, Müdafiə Sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı, Metropoliten işçiləri həmkarlar ittifaqlarının, “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin komandaları iştirak edib. 

Yarış iştirakçıları 10 idman növündə (minifutbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, üzgüçülük, şahmat, dama, nərd və güllə atıcılığı) mükafatlar uğrunda mübarizə aparıblar.

Spartakiadanın yekun nəticəsinə əsasən, Aviasiya İşçiləri HİRK-in  komandası fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Metropoliten İşçiləri Hİ ikinci yeri tutub. Müdafiə Sənayesi İşçiləri HİRK-in komandası isə spartakiadanı üçüncü pillədə başa vurub.

Spartakiadanın keçirilməsində məqsəd “Zenit” BTİC İB-nin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların işçilərinin sağlamlığını möhkəmləndirmək, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaqdır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Spartakiadasının yüksək səviyyədə təşkili və keçirilməsi Təşkilat Komitəsinin peşəkar fəaliyyətinin bariz nümunəsidir. “Zenit” BTİC İB dəstəyə  görə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və Təşkilat Komitəsinin üzvlərinə təşəkkürünü bildirir.

 

ETİKETLƏR: