Turan hərbçilər arasında dünya çempionu olub
.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Turan Bayramov Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl medal qazanıb.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində hərbçilər arasında sərbəst güləş üzrə 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Qeyd edək ki, Turan məşqçi-müəllim Habil İbrahimovun yetirməsidir.