Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin boksçusu mükafatçılar sırasında

.

17.01.2024 11:19
5
A+
A-

“Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin yetirməsi Ülvi Novruzov (70 kq.) yeniyetmə boksçular arasında keçirilən Azərbaycan birinciliyində üçüncü yer tutub. Ülvi bu mötəbər yarışa Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi altında hazırlaşıb. 

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 74 komandanın 408 boksçusu qüvvəsini sınayıb və 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

ETİKETLƏR: