Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İlk təşkilatlarda  seçkilər davam edir

.

31.01.2024 13:27
3
A+
A-

Yanvarın 23-dən 30-dək TİAHİ Nizami Rayon Komitəsinin xidmətinə daxil olan 250, 251, Namiq Həmzəyev adına 238, Yuri Kovolyov adına 229, Etibar Cəlilov adına 272, Rəhilə Orucova adına 109, Eldar Quliyev adına 145 saylı tam orta məktəblərdə, “Zəngi” liseyində, 3 sayl Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsdə, Nəriman Qəhrəmanov və Şahin Abbasov adına körpələr evi-uşaq bağçalarında və digərlərində ilk həmkarlar ittifaqı təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilmişdir. Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilmişdir.

Kollektiv üzvləri hesabat məruzələrində səslənən məsələlərə münasibət bildirmişlər. Yeni seçilən komitə üzvləri qarşısında bir sıra vəzifələr qoymuşlar.

Ümumilikdə ilk təşkilatların hesabat dövründəki fəaliyyəti qənaətbəxş sayılmışdır. Bu münasibət özünü sədr seçkilərində də göstərmişdir. Yığıncaq iştirakçıları fəaliyyətdə olan komitə sədrlərinə yenidən etimad göstərmişlər.

Yığıncaqlarda TİAHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirak etmişdir.

ETİKETLƏR:

Foto