Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fransada kütləvi tətillər

Nümayişlərin nəticəsində əsas magistral yollar bloklanıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.

31.01.2024 14:58
5
A+
A-

Qeyd edək ki, bir neçə gündür Fransada kütləvi tətillər keçirilir. Paytaxt Paris ətrafında magistral yollarda hərəkət çətinləşib, digər böyük şəhərlərə  giriş-çıxış bloklanmaq üzrədir.

59 nüvə enerji blokunu idarə edən atom elektrik stansiyasının operatoru olan “Electricite de France”  (EDF) şirkətinin işçiləri yanvarın 30-da tətil ediblər.  Tətilin keçirilməsində əsas məqsəd maaşlarla bağlı rəhbərliklə danışıqlar aparmaqdır.

CFE-CGC həmkarlar ittifaqı mərkəzinin katibi Arna Barlenin deyib ki, tətil elektrik enerjisi istehlakçılarına təsir etməyəcək, əksinə, şirkətin mənfəətinə təsir edəcək.

EDF 1,5% indeksasiya təklif edir. Həmkarlar ittifaqları əməkhaqlarının 4% artırılmasını tələb edir. Şirkət rəhbərliyi əməkhaqqı artımlarının məhdudlaşdırılmasını əsaslandırmaq üçün yüksək borcları və gələcək investisiyaları əsas gətirir. Bununla belə, həmkarlar ittifaqları hesab edir ki, EDF enerji qiymətlərindəki böyük artımlar sayəsində 2023-cü il üçün rekord nəticələr əldə edəcək.

-Fransanın əsas fermerlər birliyi olan Fermer Həmkarlar İttifaqlarının Milli Federasiyası (FNSEA) hökumətin reaksiyasından məyus olduqlarını açıq şəkildə ifadə edib. Federasiyanın prezidenti Arno Russo isə TF1 telekanalında çıxışı zamanı hökumətin elan etdiyi tədbirlərin qeyri-kafi olduğunu bildirərək fermerləri etirazları davam etdirməyə çağırıb.

Nümayişlərin nəticəsində əsas magistral yollar bloklanıb və nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb.

Fransalı fermerlər yüksək vergilərə və kənd təsərrüfatı texnikası üçün yanacağın qiymətinin həddən artıq baha olmasına qarşı çıxır, həmçinin Avropa İttifaqında tətbiq edilən ekoloji standartlarla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edirlər.

Fransanın ən böyük həmkarlar ittifaqı mərkəzi olan Ümum Əmək Konfederasiyasının (CGT) çağırışı ilə paytaxt metrosu işçilərinin tətili də gözlənilir.  Tətil müddəti 2024-cü il fevralın 5-dən sentyabrın 9-dəkdir. Bu qərar həmkarlar ittifaqı ilə Paris Avtonom Nəqliyyat Agentliyinin (RATP) nəqliyyat şirkətinin rəhbərliyi arasında 2024-cü il üçün əməkhaqqı ilə bağlı aparılan danışıqlarda fikir ayrılıqlarından sonra qəbul edilib.

Rəhbərlik əməkhaqqının 0,9% artırılmasını təklif edir, həmkarlar ittifaqı dekabrda il üçün 3,7% təşkil edən inflyasiya səviyyəsini nəzərə alaraq bu indeksasiyanı çox aşağı hesab edir. CGT əmək şəraitinin yaxşılaşdırılmasını, o cümlədən əməkhaqqının artırılmasını, inflyasiya üçün indeksasiya mexanizminin yaradılmasını, iş vaxtının həftədə 32 saata endirilməsi ilə bağlı danışıqlara başlanılmasını, iş vaxtından artıq işlərə görə mükafatların tətbiqini və bazar və bayram günlərində işə görə vahid kompensasiya səviyyəsi tələb edir. Planlaşdırılan tətil Olimpiya Oyunları (2024-cü il iyulun 26-dan avqustun 11-dək) və Paralimpiya Oyunları (28 avqust - 8 sentyabr) dövrünü əhatə edir. Bu səbəbdən Paris Olimpiadasının qonaqları  paytaxt metrosu işçilərinin tətili səbəbindən nəqliyyat problemi ilə üzləşə bilər.

ETİKETLƏR:

Foto