Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xalq artisti İlham Namiq Kamal təltif edilib

.

20.02.2024 22:35
3
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyoru, Xalq artisti İlham Namiq Kamal Fəxri Fərmanla təltif olunub.

Aktyor milli teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə və anadan olmasının 75 illiyi münasibətilə mükafatlandırılıb.

Xatırladaq ki, İlham Namiq Kamal oğlu Əhmədov Azərbaycan Respublikasının Əməkdar artisti və Xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.  2023-cü ildə “Azərbaycan Respublikası Prezidentinin    fəxri diplomu” ilə təltif olunub.

ETİKETLƏR: