Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
.
Fevralın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər idarəsinin kollektivləri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.
Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.