Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək hüquqlarının müdafiəsi

BHİK-in Baş katibi Luk Trianql deyib ki, ÜTT yarandığı gündən əmək hüquqları vasitəsilə ticarəti təşviq etmişdir. Amma əmək hüquqlarının ticarət siyasətinə daxil edilməsi çoxdan gecikib.

15.03.2024 00:27
1
A+
A-

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) əmək hüquqlarının qlobal ticarət siyasətinə daxil edilməsini tələb etməklə işçilərin hüquqlarının müdafiəsini Ümumdünya Ticarət Təşkilatının (ÜTT) diqqətinə bir daha çatdırıb.

Qeyd edək ki, Abu Dabidə keçirilən ÜTT Nazirlər Konfransında BHİK-in nümayəndə heyəti işçilərin hüquqlarını prioritetləşdirən və sosial ədaləti təşviq edən ticarət çərçivəsini müdafiə etdi, eyni zamanda inkişaf gündəliyini dəstəklədi.

BHİK-in Baş katibi Luk Trianql deyib ki, ÜTT yarandığı gündən əmək hüquqları vasitəsilə ticarəti təşviq etmişdir. Amma əmək hüquqlarının ticarət siyasətinə daxil edilməsi çoxdan gecikib.

L.Trianql bildirib ki, BHİK əmək hüquqlarına münasibətin ÜTT-də aydın olmadığını düşünür.  Çünki BƏT-in Əmək sahəsində əsas prinsiplər və hüquqlar haqqında Bəyannaməsi ÜTT-nin üzvü olan BƏT üzvlərinə də şamil edilir. Biz BƏT-in Sosial Ədalət üzrə Qlobal Koalisiyasına uyğun olaraq əmək standartlarını ÜTT-nin işinə inteqrasiya etmək üçün hər iki qurum arasında daha sıx əməkdaşlığa çağırırıq.

Konfrans çərçivəsində BHİK ticarət siyasətində sosial ədalət və əmək hüquqlarının təmin edilməsi mövzusunda ABŞ-nin Ticarət Nümayəndəsi Ketrin Tai, Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis və Cənubi Afrika Respublikasının ticarət naziri Ebrahim Patel ilə panel müzakirələr təşkil edib.

Müzakirələr zamanı əmək və ticarət üzrə xüsusi işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülüb. İşçi qrupuna əmək hüquqlarının ÜTT-nin gündəliyinə daxil edilməsi yönündə fəaliyyət tapşırılıb.

Bununla belə, nazirlərin konfransı minimal konkret nəticələrlə başa çatıb.

ETİKETLƏR: