Fəxri kürsüdə yer alıblar
Yunan-Roma güləşi üzrə yarışda mübarizə aparan cəmiyyətin yetirmələri Orxan Hacıyev (80 kq.) birinci, Emil Abdullayev (65 kq.) isə ikinci yeri tutublar.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Spartak” KBTİC İB yetirmələri Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında keçirilən “Zəfər kuboku”nda qızıl və gümüş medal qazanıblar.
Yunan-Roma güləşi üzrə yarışda mübarizə aparan cəmiyyətin yetirmələri Orxan Hacıyev (80 kq.) birinci, Emil Abdullayev (65 kq.) isə ikinci yeri tutublar.
Qeyd edək ki, güləşçilər yarışa Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Rəşad Rəşidovun rəhbərliyi altında hazırlaşıblar.