Uşaqlara qayğı göstərilib
.
Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya keçirilib.
ATU-nun Tədris Terapevtik Klinikasında baş tutan aksiyada aztəminatlı ailələrin, şəhid və qazi ailələrinin övladları, uşaq evlərində məskunlaşmış uşaqlar ödənişsiz müayinə olunublar. Uşaqlar üçün pediatrik tibbi müayinələr təşkil olunub.