Dünya çempionatında ikinci yeri tutub
.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin sərbəst güləşçisi Hüseyn İsmayılov (60 kq.) İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatında ikinci yeri tutub.
60 kq. çəki dərəcəsində mübarizə aparan millimizin idmançısı britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabı ilə məğlub olan Hüseyn gümüş medal qazanıb.
Məşqçi-müəllimi Səbuhi Məmmədovdur.