Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölkəmiz 169 ölkə arasında 28-ci yeri tutub

Siyahıda ilk yeri Çin idmançıları tutub (94 qızıl, 76 gümüş, 50 bürünc). Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) üçüncü olub.

11.09.2024 11:56
11
A+
A-

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.

İmaməddin Xəlilov (parataekvondo, 70 kq.), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxası üstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və “butterfly” üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq.), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq.) bürünc medala sahib çıxıblar.

Siyahıda ilk yeri Çin idmançıları tutub (94 qızıl, 76 gümüş, 50 bürünc). Böyük Britaniya (49 qızıl, 44 gümüş, 31 bürünc) ikinci, ABŞ (36 qızıl, 42 gümüş, 27 bürünc) üçüncü olub.

Xatırladaq ki, Lamiyə Vəliyeva “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin nəzdində fəaliyyət göstərən kompleks UGİM-in atletika bölməsinin məşqçi-müəllimi, respublikanın Əməkdar məşqçisi Tofiq Əliyevin yetirməsidir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Lamiyə Vəliyeva “Şöhrət” ordeni ilə, onun məşqçisi Tofiq Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunublar.

 

ETİKETLƏR: