İnvestisiyalar sosial şərtləri əhatə etməlidir
Sənaye strategiyası haqqında danışmaq dəbə çevrilsə də, avtomobil sənayemizdəki böhran göstərir ki, yaxşı niyyətlərin əməli fəaliyyətə çevrildiyini görməliyik.
Sentyabrın 16-da həmkarlar ittifaqları Brüsseldə yürüş keçirərək avtomobil istehsalçısı “Audi”nin Brüsseldəki zavodunda iş yerlərini ixtisar etmək hədəsinə qarşı etiraz ediblər.
Belçikada istehsalat sahələrinin həmkarlar ittifaqları və İndustriAll Europe ilə birlikdə təşkil olunan nümayişdə Avropa İttifaqının (Aİ) uğursuz sənaye strategiyası ilə bağlı narahatlıqlar vurğulanıb. Qeyd olunub ki, gözlənilən böhranın qarşısını almaq üçün Aİ-nin koordinasiyalı fəaliyyəti mütləqdir. Avtomobil sektorundakı problemlər Avropada 2019-2023-cü illər arasında 850 min iş yerinin itirilməsi ilə nəticələnən daha geniş tendensiyanın bir hissəsidir.
Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ETUC) Avropa Komissiyasının sədri Ursula Fon der Lyayeni böhranı qənaətə deyil, daha çox investisiyaya əsaslanan güclü sənaye razılaşması vasitəsilə həll etmək üçün həmkarlar ittifaqları və işəgötürənlərdən ibarət təcili işçi qrupu çağırılmalıdır.
Avropada sənaye müəssisələrinin on minlərlə işçisinin dolanışıq vasitələrinə təhlükə, Aİ-nin təcili olaraq keyfiyyətli iş yerlərini qoruyan və yaradan sənaye sahəsi üzrə yeni sazişə ehtiyacı olduğunu göstərir.
ETUC-un Baş katibi Ester Linç bildirib ki, iş yerlərinin kütləvi ixtisarı və Brüsseldə minlərlə işçinin aksiyaya çıxması Aİ liderlərinə bizim sahələrimizi dəstəkləmək üçün kifayət qədər iş görmədiklərinin göstəricisidir.
Buna görə də biz sənaye sahələrimizə qoyulan investisiyaların sosial şərtlərdən asılı olmasını görmək istəyirik ki, bu da şirkətlərin məsuliyyətli şəkildə fəaliyyət göstərməsini və keyfiyyətli iş yerlərinin yaradılmasını təmin edir.
Sənaye strategiyası haqqında danışmaq dəbə çevrilsə də, avtomobil sənayemizdəki böhran göstərir ki, yaxşı niyyətlərin əməli fəaliyyətə çevrildiyini görməliyik.
Ursula Fon der Lyayen bu böhrana son qoymaq və Avropa sənaye sahəsinin parlaq gələcəyini təmin etmək üçün təcili işçi qrupu yaratmaqla sənaye işçilərinin tərəfində olduğunu göstərməlidir.
İndustriAll Europe Baş katibi Cudit Kirton-Darlinq deyib ki, sosial bərabərsizliyin genişlənməsinə və korporativ xəsisliyin artmasına əsaslanacaqsa, avtomobil sənayesinin Avropada gələcəyi olmayacaq. O, aktiv sənaye sövdələşməsindən daha çox, sövdələşmə strategiyası mahiyyəti daşıyacaq.
Mövcud hüquqlara və razılaşmalara hörmət edilməsindən başlayaraq keyfiyyətli iş yerləri, işçi qüvvəsinin təlimi və sosial dialoqu təmin etmək üçün bizə sosial şərtlərlə sərmayə lazımdır.