Şəhid ailəsini və qaziləri qəbul edib
.
Sentyabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı şəhid olmuş İbrahim Qasımovun atası Malikəjdər Qasımovu, Vətən müharibəsi qaziləri Sahil Hacıbəylini və Rüfət Məmmədzadəni qəbul edib. Qəbul zamanı şəhid atasının və qazilərin ayrı-ayrılıqda müraciətlərini dinləyib, sosial problemləri və qayğıları ilə maraqlanıb. Şura sədrinin tapşırığı ilə Malikəjdər Qasımova sanatoriyaya yollayış verilib, qazilərə müvafiq məbləğdə maddi yardım göstərilib.
Qəbulda olan şəhid atası və qazilər Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.