Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Layiqli əmək vasitəsilə sosial ədalət modernləşdirilmiş çoxtərəfli sistemin təməl daşı olmalıdır

“Daha yaxşı sabah üçün çoxtərəfli həllər” mövzusu altında keçirilən Sammit yekun qərarın qəbulu ilə başa çatıb. Pakta aktual qlobal problemlərin həlli və çoxtərəfliliyi canlandırmaq üçün 56 konkret fəaliyyət daxildir.

27.09.2024 02:12
6
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Gilbert Houngbo qlobal çağırışların həllində və davamlı gələcəyin formalaşdırılmasında sosial ədalətin və layiqli əməyin əsas rolunu vurğulayan Birləşmiş Millətlər Təşkilatının “Gələcəyin Sammiti”nin nəticələrini alqışlayıb.

“Daha yaxşı sabah üçün çoxtərəfli həllər” mövzusu altında keçirilən Sammit yekun qərarın qəbulu ilə başa çatıb. Pakta aktual qlobal problemlərin həlli və çoxtərəfliliyi canlandırmaq üçün 56 konkret fəaliyyət daxildir.

BƏT-in Baş direktoru Gilbert Houngbo Zirvə toplantısının sosial ədalətə diqqətini yüksək qiymətləndirib. Deyib ki, layiqli əmək vasitəsilə sosial ədalət modernləşdirilmiş çoxtərəfli sistemin təməl daşı olmalıdır. Zirvə toplantısının nəticələri iqtisadi, sosial və ekoloji məqsədləri uyğunlaşdıran ədalətli və əhatəli qlobal idarəetmə strukturu üçün möhkəm zəmin yaradır.

Sənəd çoxtərəfliliyi canlandırmaq və qlobal idarəçiliyi cari və gələcək çağırışlara uyğunlaşdırmaq üçün transformasiya etmək məqsədi daşıyır. O, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi üzrə irəliləyişi sürətləndirməyi, iqlimlə bağlı fəaliyyətin gücləndirilməsini, BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını, tərk-silahla bağlı səyləri inkişaf etdirməyi, yeni texnologiyalardan məsuliyyətli istifadəni təşviq etməyi, gənclərin səlahiyyətlərinin artırılmasını və beynəlxalq maliyyə arxitekturasında islahatların aparılmasını öhdəsinə götürür.

Sentyabrın 22-23-də Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında baş tutan Sammitdə liderlər, həmçinin davamlı inkişafı, sülhü və bərabərliyi təşviq etməklə gələcək nəsillərin rifahını prioritetləşdirməyə söz verərək, gələcək nəsillər haqqında əlamətdar Bəyannamə qəbul etdilər. Sammit həmçinin “hər kəsə fayda verən inklüziv, açıq, dayanıqlı, ədalətli, təhlükəsiz və etibarlı rəqəmsal gələcək” üçün cəsarətli baxışı müəyyən edən Qlobal Rəqəmsal Sazişi təsdiqlədi.

Qlobal Rəqəmsal Saziş elm və texnologiyadan sosial ədalətin və layiqli işin aparıcı qüvvəsi kimi istifadə etmək üçün unikal fürsətdir. İşçi və işəgötürən təşkilatları güclü qlobal rəqəmsal idarəetmənin formalaşdırılmasında mühüm rol oynayacaqlar.

BƏT-in “Gələcəyin Sammiti” ilə bağlı son bəyanatında iş dünyasına təsir edən qlobal tendensiyaları həll etmək üçün çoxtərəfli institutlar arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin əsas çağırışların, xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün resursların səfərbər edilməsinin vacibliyi də qeyd olunur.

BƏT-in Sosial Ədalət üzrə Qlobal Koalisiyası çoxtərəfli əməkdaşlığa bu yenilənmiş öhdəliyin nümunəsidir. Hökumətlərdən, beynəlxalq təşkilatlardan, inkişaf banklarından, akademik dairələrdən, işçilər və işəgötürənlər təşkilatlarından 300-ə yaxın tərəfdaşı olan bu innovativ koalisiya qlobal əmək problemlərini həll etmək və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün geniş spektrli maraqlı tərəfləri bir araya gətirir.

ETİKETLƏR: