Ölkə ərazisində 24 saatlıq tətil keçirib
.
Sentyabrın 20-də İtaliyanın nəqliyyat işçiləri həmkarlar ittifaqları (CUB Trasporti, Cobas Lavoro Privato, ADL Cobas və General Union) bütün ölkə ərazisində 24 saatlıq tətil keçirib. Etiraz aksiyası nəticəsində yerli ictimai nəqliyyatın fəaliyyətində pozulmalar baş verib. Tətilin səbəbi işəgötürənlərin maaşların 300 avro artırılmasını və əməkhaqqını saxlamaqla həftədə iş vaxtının 39 saatdan 35 saata endirilməsini müzakirə etmək istəməməsi olub. Həmkarlar ittifaqları həmçinin sürücülərin sürücülük müddətinin qısaldılmasını və iş yerində əməyin mühafizəsi və sağlamlığının təkmilləşdirilməsini tələb ediblər. Yerli ictimai nəqliyyat sahəsində baş tutan tətil dəmir yolu şəbəkəsinə təsir göstərməyib.
Xatırladaq ki, ilin əvvəlində Avropa ölkələrinin bir sıra həmkarlar ittifaqları nəqliyyatda gözlənilən böyük tətillər barədə məlumat verib.