Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mərkəzin ilk iclası keçirilib

Mərkəz akademik heyət və tələbələrin Qərbi Azərbaycanda yerləşən zəngin memarlıq irsini araşdırmaq, bu sahədə tədqiqatlar aparmaq, abidələrin tarixi və mədəni dəyərini geniş auditoriyaya çatdırmaq məqsədilə yaradılıb.

02.10.2024 11:18
8
A+
A-

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində yaradılan “Qərbi Azərbaycan Memarlıq İrsi” Mərkəzi ilk iclasını keçirib.

Mərkəz akademik heyət və tələbələrin Qərbi Azərbaycanda yerləşən zəngin memarlıq irsini araşdırmaq, bu sahədə tədqiqatlar aparmaq, abidələrin tarixi və mədəni dəyərini geniş auditoriyaya çatdırmaq məqsədilə yaradılıb.

İclasda THİK sədri Şahmar Rəfili çıxış edərək deyib ki, həmin ərazilərdə olan tarixi abidələr təkcə Azərbaycanın deyil, ümumbəşəri mədəniyyətin ayrılmaz tərkib hissəsidir. O, universitet tələbələrinin bu irsin öyrənilməsinə marağını yüksək qiymətləndirib, Mərkəzin onlar üçün həqiqi axtarış və yaradıcılıq məktəbi olacağını, tədqiqatçı kimi yetişmələri ilə yanaşı, qədim yaşayış məskənimizin öyrənilməsi işinə böyük töhfə verəcəyini deyib.

Bildirilib ki, Qərbi Azərbaycan ərazisi tariximizin müəyyən məqamlarında yaradılmış mədəniyyət nümunələrini özündə ehtiva edib. Orada yer alan tarixi abidələr, o cümlədən qədim qala divarları, orta əsr məscidləri, karvansaralar böyük tədqiqat əsərlərinə mövzu ola bilər. Təəssüf ki, bu abidələrin bir çoxu siyasi səbəblərdən ciddi zərər görüb və ya məhv edilib. Mərkəzin fəaliyyəti ilə həmin abidələr barədə məlumatların yenidən gündəmə gətirilməsi, onların qorunması və tanıdılması üçün tələbə elmi-tədqiqat işləri, arxiv araşdırmaları təşkil ediləcək. Tələbələr bu mirasın araşdıraraq dünya ictimaiyyətinə tanıdılmasına səy göstərəcəklər.

İclasda həmçinin Mərkəzin fəaliyyət planlarından danışılıb. Mərkəz tərəfindən yerli və beynəlxalq səviyyəli konfranslar, sərgilər, kitab nəşrləri və elmi-tədqiqat layihələrinin təşkil ediləcəyi deyilib.

 

ETİKETLƏR: