Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qadınların işləməsinə dair önyarğıları qırmalıyıq

Digər tərəfdən, eyni sektorda bənzər və ya eyni işləri görmələrinə baxmayaraq, qadın və kişilər arasında ciddi şəkildə əməkhaqqı fərqi var. Hətta bu, dünyada ümumilikdə yüzdə iyirmilər həddindədirsə, təəssüflər olsun ki, Orta Asiya və Azərbaycanda yüzdə 35-i keçdiyini görürük.

02.10.2024 11:24
77
A+
A-

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiyada layiqli əmək qrupunun gender və ayrı-seçkilik məsələləri üzrə mütəxəssisi xanım Özgə Bərbər Ağdaş “Ülfət”ə müsahibəsində xüsusilə diqqətə çatdırmaq istədi ki, işçilərin hüquqlarının güvən altına alınması qarşıya qoyduğumuz ən vacib məsələlərdəndir. BƏT-in 100 və 111 saylı konvensiyaları, hansı ki, bunlardan biri bərabər əməkhaqqı və ayrı-seçkiliyə uğrama ilə bağlıdır, bizim əsas sözləşmələrimiz arasında yer alır. Amma, təəssüflər olsun ki, həyata keçirəndə problemlər yaşayırıq. Problemlərdən biri, misal üçün, qadınların “qadın peşələri”ndə toplanması. Müəllim, həkim, sosial xidmətlər kimi əməkhaqqısı aşağı olan, lakin çalışma qaydalarının daha ağır olduğu vəzifələrdə işləyirlər.

Qadınların çoxunun qeydiyyatsız şəkildə işlədiyini bilirik. Niyə? Çünki qadınların üzərində ev işləri məsələlərində çox ədalətsiz yük var. Özgə xanım dedi ki, uşağa və xəstəyə baxım, ev təmizliyi, yemək bişirmək kimi kişilər və qadınlar arasında bərabər bölünməli olan işlər günümüzdə hələ də, sadəcə, qadınların üzərinə yüklənir. Dolayısı ilə qadınlar bu məsuliyyətləri yerinə yetirə bilmək üçün iş dünyasına girmək məsələsində daha çəkingən və istəksiz davranır.

Digər tərəfdən, eyni sektorda bənzər və ya eyni işləri görmələrinə baxmayaraq, qadın və kişilər arasında ciddi şəkildə əməkhaqqı fərqi var. Hətta bu, dünyada ümumilikdə yüzdə iyirmilər həddindədirsə, təəssüflər olsun ki, Orta Asiya və Azərbaycanda yüzdə 35-i keçdiyini görürük.

Başqa məsələ qadınların peşə hazırlığı, iş istehkam xidmətlərindən yararlanma zamanı problemlər yaşadığını görürük. Təbii ki, cəmiyyətdəki qadınların işləməsinə dair önyarğıya baxdığımızda onlar daha çox evdə olmalı, ailəsinə baxmalı, ev işləri görməli olaraq görünür. Bu önyarğıları qırmaq çox vacibdir. Artıq bununla bağlı həyəcan siqnalı çalınıb. Qarşısı alınmazsa, acınacaqlı vəziyyətlə qarşı-qarşıya qalacağıq.

Özgə xanım xüsusilə vurğuladı ki, 2019-cu ildə biz BƏT-in 190 saylı Konvensiyasını (iş yerində şiddət və zorakılıq) qəbul etdik. Bu sözləşmə nə üçün yaradıldı? İş həyatında hansı sektor olursa - olsun, qadınlar və kişilər fərqli fonlarda şiddətə və zorakılığa məruz qalır. Bu, mobinq, fiziki, sözlü və ekonomik şiddət və bir çox səbəb ola bilər. Bütün bu zorakılıqların qarşısını almaq və problemsiz iş şəraiti yaratmaq üçün qəbul edildi. Hər birimiz iş həyatında üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirsək, bu sözləşməyə dəstək ola bilərik.

Onu da qeyd edim ki, qadınların qarşılaşdığı həm ekonomik, həm kultural bir çox baryer var. Bunların qarşısının alınması məsələsində BƏT-in lazımi konvensiyaları bu günə qədər həyata keçirildi. Azərbaycan bu sözləşmələrin vacib qismini imzaladı. Buradan xüsusilə Azərbaycandaki dostlarımıza, Azərbaycan həmkarlar ittifaqlarında işləyən həmkarlarımıza və hökumət nümayəndələrinə səslənirəm ki, 190 saylı  Konvensiyanı təsdiq etsinlər.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR:

Foto