Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


COP29: Əməyə əsaslanan Ədalətli Keçid üçün İqlim Maliyyəsi Bakıda keçirilən konfransın qlobal əhəmiyyəti

Bu cür maliyyələşdirmə işçilərə dəstək olmaq və sosial ədaləti təmin etmək məqsədi daşımalıdır.

02.10.2024 11:30
9
A+
A-

Dünya aşağı karbonlu iqtisadiyyatlara doğru irəlilədikcə, iqlim maliyyəsi xüsusən Qlobal Cənubda da işçilər üçün ədalətli keçidin təmin edilməsində açardır.

Noyabrın 11-dən 22-dək Azərbaycanda-Bakı şəhərində COP29-da iştirak edəcək hökumətlər iqlim maliyyələşdirməsinin genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edəcəklər. İnkişaf etməkdə olan ölkələrin davamlı iqtisadi modellərə keçidini dəstəkləmək üçün hər il trilyonlarla dollar tələb olunacaq.

Bu cür maliyyələşdirmə işçilərə dəstək olmaq və sosial ədaləti təmin etmək məqsədi daşımalıdır.

ABŞ-nin Nyu-York şəhərində keçirilən “İqlim Həftəsi”ndə çıxışında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianql iqlimlə bağlı siyasətdə işçilərin hüquqlarının tanınmasının vacibliyini vurğulayıb. Deyib ki, keçən il işçi hərəkatı əlamətdar Ədalətli Keçid İş Proqramını (JTWP) təsdiq etməklə Birləşmiş Millətlər Təşkilatının iqlim danışıqlarında mühüm qələbə qazandı. Biz COP29-a hazırlaşarkən masada həmkarlar ittifaqları ilə ədalətli keçidi ehtiva edən Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) üzrə ciddi qərarlar qəbul edilməlidir. BHİK iqlim dəyişikliyi ilə bağlı fəaliyyətin heç bir işçini geridə qoymamasını təmin etməyə sadiqdir.

Ədalətli keçid üçün iqlim maliyyəsi aşağıdakıları əhatə etməlidir:

- İşçi qüvvəsinin inkişafı, təlimi, öyrənmək və yenidən yerləşdirməni maliyyələşdirməklə, iqlim dəyişikliyinin təsirini azaltmaqla sektorlarda layiqli, keyfiyyətli iş yerlərinin yaradılması üçün hərtərəfli maliyyələşdirmə.

-Aşağı karbonlu alternativlərə keçən yüksək emissiyalı sektorlarda işçilər üçün maliyyə dəstəyi.

-Təhlükəsiz və sağlam iş yerləri də daxil olmaqla uyğunlaşma və davamlılıq tədbirləri.

-Dolanışıq vasitələrinin itirilməsi və işçilərin əməyinə dəyən zərər üçün kompensasiya.

-Keçid prosesi boyu həmkarlar ittifaqları ilə sosial müdafiə və sosial dialoqun maliyyələşdirilməsi.

Sentyabrın 26-da Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası  və Pan Avropa Regional Şurasının birgə təşkilatçılığı ilə “İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi deyib ki, iqlim dəyişmələri ilə bağlı müzakirələrə sosial ədaləti gətirmək üçün işçilər tərəfindən razılaşdırılmış ədalətli keçid lazımdır. Qlobal həmkarlar ittifaqı hərəkatı danışıqlarda güclü söz sahibi olmağımızı təmin etmək üçün COP29 ilə bağlı birgə tələblərimiz barədə hökumətlərə danışacaq.

 

ETİKETLƏR: