Sülhə və demokratiyaya çağırış
2021-ci ildən bəri Myanmada qurulan hərbi diktatura işçiləri və onların ailələrini zorakılıqla repressiya edir, onları əsas hüquqlarından məhrum edir.
Qlobal həmkarlar ittifaqı hərəkatı bu il 7 Oktyabr- Ümumdünya Layiqli Əmək Günündə bütün dünyanı sülhə və demokratiyaya çağırır. Çünki avtoritarizm və artan hərbi münaqişələr bütün dünyada işçilərin həyatını məhv edir.
Dünyanın, demək olar ki, hər bir bölgəsində hərbi toqquşmalar genişlənir və nəticədə insan tələfatının sayı artır, dolanışıq vasitələri itirilir və hüquqlar pozulur. Çalışan insanlar hər gün artan bu böhranın ön cərgəsindədirlər, haqsızlıq və zülmlə üzləşirlər.
2021-ci ildən bəri Myanmada qurulan hərbi diktatura işçiləri və onların ailələrini zorakılıqla repressiya edir, onları əsas hüquqlarından məhrum edir.
2022-ci ildən bəri Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsi ağlasığmaz insan iztirablarına səbəb olub və minlərlə insanın həyatına son qoyub. Qlobal həmkarlar ittifaqı hərəkatı sülhə və Ukraynanın suverenliyinin bərpasına çağırmaqda davam edir.
Fələstində və İsraildə şiddətlənən münaqişə minlərlə insanın ölümünə və didərgin düşməsinə səbəb olub. Həmkarlar ittifaqları dərhal atəşkəs, girovların və bütün saxlanılanların lazımi hüquqi prosedur olmadan azad edilməsini, münaqişə nəticəsində ziyan çəkmiş bütün işçilərin təhlükəsiz şəkildə geri qayıtmasını, humanitar yardımın artırılmasını və davamlı iki dövlət həllini tələb edirlər.
BHİK-in Baş katibi Luk Trianql bildirib ki, hökumətlər münaqişələri diplomatiya yolu ilə həll edə bilmir, işçilər və onların həmkarlar ittifaqları dinc danışıqlara davam edir. İşçilər uğur qazanmaq, davamlı sülh və sabitlik üçün lazımi şərait yaratmaq məqsədilə sülh və yenidənqurma proseslərində iştirak etməlidirlər.
Biz strateji rəqabətdən, zorakılıqdan və qarşıdurmadan ümumi təhlükəsizliyə, danışıqlara və sülhə keçərək prioritetləri tamamilə dəyişdirməliyik. Artan hərbi xərclər kritik resursları sosial prioritetlərdən yayındırır. 2023-cü ildə təkcə nüvə silahlarına 91 milyard ABŞ dollarından çox vəsait xərclənib. Qlobal hərbi xərclər 2,5 trilyon ABŞ dolları təşkil edir.
Təsəvvür edin ki, bu pullar layiqli işə, təhsilə, səhiyyəyə və yaşıl iqtisadiyyata keçidə yatırılsa idi, bütün dünyada insanlar bunun bəhrəsindən necə faydalanacaqdılar! Bu vəsaitlə biz yeni sosial müqaviləni həyata keçirə bilərdik. Biz müharibəyə deyil, sülhə sərmayə qoymağa başlamalıyıq.